Xaçmazda şagirdlər arasında intellektual oyun keçirilib. Bu haqda ShimalNews 8 aprel tarixində məlumat verir.
Heydər Əliyev Mərkəzində baş tutan "Nə? Harada? Nə Zaman?" oyununda 8 orta ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər. Qaliblər aşağıdakı kimi sıralanıb:
- Xaçmaz şəhər 5 nömrəli tam orta məktəbin "Azadlıq" komandası- I yer;
- Xaçmaz şəhər 2 nömrəli tam orta məktəbin "İstiqlal" komandası - II yer;
- Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbin "Turan" komandası - III yer.
Komandalar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif olunub.