Xaçmazda kənd sakininin idarə etdiyi avtomobildən odlu silah tapılıb. Bu barədə ShimalNews 7 sentyabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşları Hülövlü kənd sakini Sərxan Məmmədovun sükan arxasında olduğu “VAZ-2174” markalı avtomobilə baxış keçiriblər. Nəticədə xaricdə istehsal edilmiş tapança aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.