Xaçmaz rayonunda Qida Təhlükəsizliyi Agentliyi daha 2 ət kəsimi məntəqəsində nöqsanlar aşkar edib. Bu barədə ShimalNews 22 sentyabr tarixində agentliyə istinadən məlumat verir.
Agentliyin əməkdaşları respublika üzrə monitorinqlərinə davam edir. Bu dəfə yoxlama nəticəsində 2 sahibkarlıq obyektində qanun pozuntuları aşkar edilib. Nöqsanları olan məntəqələr aşağıdakılardır:
| № | Sahibkarlıq subyekti | Ünvan | Görülən tədbir |
| 1 | Ağayev Rifaq | Nərəcan kəndi | Qanunsuz metal konstruksiyalar sökülüb və İnzibati protokol tərtib edilib |
| 2 | Kərimov Eyvaz Kərim oğlu | Köhnə Xaçmaz kəndi | İnzibati protokol tərtib edilib |