Xaçmazda AQTA tərəfindən reydlər davam edir. Bu haqda ShimalNews 30 avqust tarixində agentliyə istinadən məlumat verir.
Yoxlama nəticəsində ət satışı və heyvan kəsimi məntəqələrində bir sıra nöqsanlar aşkar olunub. Nərəcan kəndində yerləşən, Rifaq Ağayevə məxsus və Çinartala kəndində yerləşən, Cavid Manafova məxsus obyektlərin qanunsuz metal konstruksiyaları sökülüb.