Xaçmazda korifey aktyor Vahid Qəribovun 65 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə ShimalNews 22 avqust tarixində Xaçmaz Xalq Teatrına istinadən məlumat verir.
Tədbir avqustun 26-sı saat 12:00-da H.Əliyev adına Mədəniyyət Mərkəzində baş tutacaq. Burada iştirak edərək mərhum sənətkarın xatirəsini yad etmək istəyən hər kəs dəvətlidir.