Xaçmazda 4 sentyabr tarixində əlavə buraxılış imtahanı keçiriləcək. Bu barədə ShimalNews 31 avqust tarixində məlumat verir.
Belə ki, imtahanda buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər iştirak edəcəklər.
Bu imtahana qatılan şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni çap edib özləri ilə götürə bilərlər.