Xaçmazda 3 ibtidai sinif müəllimi sertifikasiya imtahanında yüksək bal toplayıb. Bu haqda ShimalNews 31 avqust tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
Belə ki, 2 nömrəli tam orta məktəbdə çalışan Elnarə Hümmətova, 5 nömrəli tam orta məktəbdə çalışan Cəmalə Hacımuradova və 3 nömrəli tam orta məktəbdə işləyən Natəvan Əsədova imtahanda 60 ballıq nəticə göstəriblər.
Daha öncə Qusarda imtahanı maksimal balla bitirən 2 müəllim haqda məlumat vermişdik.