Xaçmaz şahmatçıları Respublika Şahmat Olimpiadasında iştirak edirlər. Bu barədə ShimalNews 25 avqust tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Olimpiada Zaqatala şəhərində keçirilir. Yarışmaya respublikamızın müxtəlif bölgələrindən 16 yaşadək yeniyetmələr qatılıblar.
Şahmat Olimpiadası 31 avqust tarixinədək davam edəcək.