Xaçmazda törədilən qətlin təfərrüatları məlum olub. Bu haqda ShimalNews 17 avqust tarixində “Bizim.Media”ya istinadən məlumat verir.
Bakı sakini Səhram Manafzadə şəxsi münasibətlər zəminində Köhnə Xudat kənd sakini Nurlan Məmmədrəhimovla dava edib. 15 yaşlı Cavidan Məmmədrəhimov bu zaman avtomobildə olub. Yeniyetmə atası ilə Səhramın dalaşdığını görəndə maşından düşüb və onları ayırmaq istəyib. Nəticədə Səhram onun ürək nahiyəsindən bir bıçaq zərbəsi endirib. Cavidan hadisə yerində dünyasını dəyişib.
Faktı Xaçmaz rayon prokurorluğu araşdırır.