Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxsləri və şəhid ailələrini mənzillərlə təmin etmək üçün tender davam edir. Bu haqda ShimalNews 30 dekabr tarixində “İqtisadiyyat.az”a istinadən məlumat verir.
Məlumata görə, mənzillər Qusarla yanaşı, Oğuz, Balakən, Saatlı, Ağsu, Neftçala, Ağstafa, Salyan və Göygöl rayonlarında, eləcə də Şirvan şəhərində təqdim ediləcək.
Artıq Ağsu və Göygöl rayonu üzrə alınacaq mənzillər müəyyənləşib.
Daha öncə, tenderin elan edilməsi haqqında məlum vermişdik.