Şahdağ Hidrometeoroloji stansiyasının məlumatına əsasən, yüksək dağlıq ərazilərə qar yağıb. Bu barədə ShimalNews 8 sentyabr tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Qar gecə saatlarında soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində yağıb. Bu hal Bazardüzü, Şahdağ, eləcə də Tufandağda 3500 m yüksəklikdə müşahidə edilir.
[caption id="attachment_23953" align="alignnone" width="300"]
Foto Milli Hidrometeorologiya Xidməti[/caption]