Şimal bölgəsində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb. Bu haqda ShimalNews 20 avqust tarixində xəbər verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Quba-Xaçmaz bölgəsi üzrə Quba və Qusarda yanğın təhlükəsi yüksək, Şabranda və İsmayıllıda isə çox yüksəkdir.
"Buna görə əhaliyə müraciət edirik ki, təbiətdə təsərrüfat işləri aparılarkən və ya istirahət edilərkən mütləq qaydada yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, odla ehtiyatlı davranılmalıdır", - deyə xidmətin rəisi Nazim Mahmudov bildirib.