Havalar soyuyan kimi şimal bölgəsində “kal” bişirməyə başlayırlar. Bu barədə ShimalNews 28 noyabr tarixində məlumat verir.
Bu təam qədim çörək və ya fətir növündəndir. Quba və Qusarda yaşayanlar onun haqqında nənə-babadan eşidərək nəsildən-nəslə ötürürlər.
“Kal” qış fəslində insanların enerji tələbatını ödəmək üçün bişirilir. Onu hazırladıqdan sonra bişməsi 30-40 dəqiqə çəkir.