Şimal bölgəsində cəmi 1 şagirdi olan 2 məktəb var. Bu barədə ShimalNews 7 sentyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Söhbət Qubanın Qaravulüstü və Qusarın Çətkün kənd məktəblərindən gedir.
Qusar təhsil sektorunun müdiri Naira Kliçova bu il Çətkün kənd məktəbinə daha 2 şagirdin gələcəyini deyib. Bundan öncə, Nadim Alxasov 3 il ərzində məktəbin tək şagirdi olub.
“Yaponiyada 1 şagirdə görə dünyaya səs salırlar. Bizdə də elədir, 1 şagirdli məktəblərimiz var. Bu, Azərbaycanda icbari təhsilə verilən diqqətin nümunəsidir”, - deyə Quba-Xaçmaz regional təhsil idarəsinin rəisi Rüfət Hacıyev bildirib.