Şimal bölgəsində axşam saatlarından başlayaraq yağan qar temperaturu kəskin aşağı salıb. Bu barədə ShimalNews 5 dekabr tarixində məlumat verir.
Qubanın mərkəzinə 3 sm hündürlüyündə, Xaltan və Qrız kəndlərində isə 2 sm yağıntı olub. Xızının Altıağac qəsəbəsində 11 sm, Qusarın mərkəzində isə 2 sm qar müşahidə olunub.
Ən aşağı temperatur Qrızda qeydə alınıb - mənfi 11 dərəcə.