Azərbaycan Gəncləri Günü ilə əlaqədar muzeylərdə “açıq qapı” olacaq. Bu barədə ShimalNews 2 fevral tarixində Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Bu gün Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərə yaşı 14-dən 29-dək olan hər kəsin sərbəst girişi təmin ediləcək.
Layihə 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar gənclərin asudə vaxtının səmərəli təşkili, onların Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə həyata keçirilir.