Dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu haqda ShimalNews 1 avqust tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.
Yağıntılı hava şəraiti avqustun 4-dək davam edəcək.