Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu haqda ShimalNews 6 avqust tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yağmurlu hava şəraiti bu gündən başlayaraq avqustun 8-i axşamadək davam edəcək. Yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.