Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Bu barədə ShimalNews 3 oktyabr tarixində məlumat verir.
5 yaşlı şagirdlərə həftədə 4 gün dərs deyiləcək. Onlar üçün “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı", “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” məşğələləri keçiriləcək.
Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.