Şimal bölgəsinin gəncləri “Vətəni tanı!” adlı pazl yarışında iştirak ediblər. Bu barədə ShimalNews 30 sentyabr tarixində Qusar Gənclərinə istinadən məlumat verir.
Mübarizə GİKM-in Sumqayıt nümayəndəliyində keçirilib. Burada Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Abşeron, Sabirabad və Şirvan gəncləri Azərbaycan xəritəsini sürətlə birləşdirməkdə gücünü sınayıblar.
Yarışın sonunda qaliblər müəyyən edilib. Gülmərcan Həsənova, İlkin Rəcəbli, Nuran Əliyeva müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerin sahibi olublar. Gənclərə sertifikat və hədiyyələr təqdim edilib.