Ölkəmizdə 4 günlük bayram tətilində şimal bölgəsinə turist axını çoxalıb. Bu haqda ShimalNews 9 noyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Məlumata görə, istirahətə gələnlər Qusarda Şahdağı, Ləzə kəndini, Qubada isə, əsasən, Qəçrəş, Təngəaltı, Xınalıq, Nügədini daha çox ziyarət ediblər.
Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva bildirib ki, son statistika qarşıdakı günlərdə açıqlanacaq. Bayram tətili isə hələ davam edir.