Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Qubada vətəndaşlarla görüşəcək. Bu barədə ShimalNews 20 sentyabr tarixində quruma istinadən məlumat verir.
Tədbir oktyabrın 2-si saat 10:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Burada Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından olan sakinlər iştirak edə bilərlər.
Qeydiyyat üçün ad, soyad, ata adını, müraciətin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq qəbula yazılmaq olar. Son tarix 1 oktyabrdır.
Həmçinin AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.