Şimal bölgəsində bu gündən payızlıq əkin bəyanlarının qəbuluna başlanılıb. Bu barədə ShimalNews 1 sentyabr tarixində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) istinadən məlumat verir.
Məlumata görə, son bəyan tarixi dekabrın 30-dur. Bu tarixə qədər müraciət göndərilmədikdə və ya yanlış edilən bəyan nəticəsində subsidiya ödənilməyəcək.
Fermerlər “eagro.az” saytı vasitəsilə onlayn şəkildə, həmçinin Dövlət Aqrar İnkişaf Mərkəzləri, Xaçmaz KOB evləri, eləcə də regional ASAN xidmət mərkəzlərinə müraciət etməklə payızlıq əkinləri bəyan edə bilərlər.