Şimal bölgəsində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb. Bu haqda ShimalNews 3 avqust tarixində xəbər verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Quba–Xaçmaz bölgəsi üzrə yanğın indeksi Şahdağda kiçik, Xızı, Qubada orta, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb. İsmayıllı rayonunda isə indeks çox yüksək yanğın təhlükəsi növündədir.
Bu gün rayonlarda hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq.