Quba və Xaçmaz rayonlarında abituriyentlər üçün məlumatlandırma sessiyaları keçirilib. Bu haqda ShimalNews 27 iyul tarixində məlumat verir.
Tədbir Sumqayıt Dövlət Universiteti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Burada SDU-nun nümayəndə heyəti, təhsil idarəsinin təmsilçiləri, məktəb direktorları, müəllimlər, abituriyentlər və valideynlər iştirak ediblər.
Görüşdə SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov universitetin kampusu, maddi-texniki bazası, universitetin qazandığı uğurlar barədə məlumat verib. Digər qonaqlar universitetdə təqdim olunan geniş ixtisas seçimi, universitetin üstünlükləri və yaradılan imkanlar barədə təqdimatlarla çıxış ediblər.