Quba rayon sakini 11 kq narkotik vasitə ilə tutulub. Bu barədə ShimalNews 23 avqust tarixində Apa-ya istinadən məlumat verir.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Nəticədə narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satışında şübhəli bilinən Sasun Yusufov saxlanılıb.
Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman 11 kiloqram 198 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Yusufov barəsində həbs qətimkan tədbiri seçilib.