Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində avtomobil yanıb.
Shimal.News xəbər verir ki, "Kia" markalı avtomobil qəfil alovlanıb.
Hadisə zamanı nəqliyyat vasitəsində olan kişi sərnişin infarkt keçirərək dünyasını dəyişib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də, avtomobil yararsız hala düşüb.