Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Apa.az-ın məlumatına görə, qəza zamanı 22 yaşlı Sevindir Yamən oğlu Abdurahmanovun idarə etdiyi “Mercedes E-220” markalı avtomobillə 31 yaşlı Pərviz Bəşarət oğlu Allahverdiyevin idarə etdiyi “Chevrolet Cruze” markalı maşın toqquşub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Mercedes”in sürücüsü S. Abdurahmanov sükan arxasında sıxılmış vəziyyətdə qalıb.
O, Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən xüsusi qəza-xilasetmə alətləri vasitəsilə avtomobildən çıxarılaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadasına təhvil verilib.
Yol-nəqliyyat hadisəsi səbəbilə 09.11.2025-ci il tarixində saat 20:00 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 6 nəfər (4 kişi, 2 qadın) hospitalizasiya olunub.
TƏBİB-dən verilən məlumata görə, müxtəlif bədən xəsarəti alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.