"Şahdağ Turizm Mərkəzi"ndə kadr dəyişikliyi baş verib. Bu haqda ShimalNews 10 dekabr tarixində Report-a istinadən məlumat verir.
Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC-yə yeni mətbuat katibi təyin edilib. Bu vəzifəni Orxan Bədəlov icra edəcək.
Bədəlov Turizm Agentlikləri Assosiasiyasının mətbuat katibi vəzifəsində çalışmağa davam edəcək.