Müşahidə olunan güclü yanğınlar nəticəsində “Qalaaltı” hotelin qonaqlarının təxliyə planı hazırlanıb. Bu barədə ShimalNews 17 avqust tarixində məlumat verir.
Bir neçə gündür Şabran rayonunda davam edən yanğın məşhur hotelin yaxınlığına çatıb. Yanğının söndürülməsinə 5 yanğınsöndürən maşın cəlb olunub. Onlardan 2-si hotelin ərazisindən, 3-ü isə hoteldən yuxarı ərazidə alovu söndürməyə çalışırlar.
İstirahət mərkəzinin qonaqları üçün təhlükə yaranarsa, təxliyə üçün bütün planlar hazır vəziyyətdədir.