“Xəzəri qoruyaq-2024” layihəsi çərçivəsində Xəzər dənizinin Xaçmaz və Şabran sahillərində təmizlik aksiyaları keçirilib.
ShimalNews Ekologiya Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, ümumilkdə 1250 kq tullantı yığılaraq ərazilərdən daşınıb. Bu işdə 150 nəfərdən artıq iştirakçının əməyi keçib.