Xaçmazın icra başçısı Elnur Rzayev Köhnə Xaçmaz kəndində vətəndaşlarla görüşüb. Bu barədə ShimalNews 11 iyul tarixində məlumat verir.
Görüşdə Köhnə Xaçmaz İnzibati Ərazi Dairəsinə daxil olan Müşkür, Müşfiq, Müzəffəroba, Köhnə Xaçmaz, Xaspoladoba, Əzizli, Gəncəli və Bəbəli kəndlərinin sakinləri iştirak ediblər.
Onların müraciət və təkliflərini rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları və xidmət təşkilatlarının məsul şəxsləri dinləyiblər.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatının bərpası, əlavə subartezian quyusunun qazılması və kəndlərarası yolun təmiri ilə bağlı mövzuları qaldırıblar.