top
Qusarın Yerği Kek kəndi ölkəmizin ən yüksək yaşayış məntəqəsidir
17 avqust 2022, 19:00
- ↺ +

Qusarın Yerği Kek kəndi ölkəmizin ən yüksək yaşayış məntəqəsidir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar rayonunun Yerği Kek kəndi ölkəmizin ən yüksək yaşayış məntəqəsidir. Bu barədə ShimalNews 17 avqust tarixində Azərtac-a istinadən məlumat verir.
Şahdağın ətəyində, dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşən bu kəndə 2 yol aparır.

Yolların biri Sudur kəndindən keçir. O, hələ sovet dövründə istifadə edilib. Digəri isə 6-7 il əvvəl Ləzə kəndindən sakinlərin təşəbbüsü ilə salınıb. Buraya qədər kəndlərin yolu asfaltlanıb, lakin sonra Yerği Kekə getmək üçün çox çətin keçilən 9-10 kilometrlik dağ yollarını aşmaq lazımdır.
Ləzədən ancaq xüsusi avtomobillər bu yolu qət edə bilir. Bunun üçün daha çox “Niva” və UAZ markalı avtomobillərdən istifadə olunur. Həmin avtomobillərin xidmətindən 50 manata istifadə etmək olar.

“Əvvəllər Yerği Kekə gedənlər daha çox Sudur yolundan istifadə edirdilər. İndi həmin yolda hərəkət lap çətinləşib. Bu yol da asan deyil. Çox təhlükəli və risklidir. Dağda yaşayanlar, yaylaqda sürüləri olanlar və zirvələrə çıxmaq istəyən turistlər bu yoldan istifadə edirlər. Yerği Kekə gedib-gələndən sonra mütləq avtomobilin hər hansı bir hissəsi xarab olur. Hansı maşın olur olsun, təcrübəsi olmayanlara, ərazini tanımayanlara bu yolla hərəkət etmək heç məsləhət deyil”, - deyə sürücü S.Pirəliyev söyləyib.

Yolboyu bir-birindən gözəl dağ mənzərələri, təhlükəli dağ yolunun həyəcanı və 1 saat ötdükdən sonra təpəliklərin arxasında Yerği Kek kəndi görünür.

Kəndin adı ləzgi dilindən tərcümədə “uzun taxta” mənasını verir. Kəndin əhalisi ləzgilərdən ibarətdir. Hazırda 11 evin 7-sində yaşayış var. Əhalinin sayı 40 nəfərdir. Onlar heyvandarlıq və tərəvəzçiliklə məşğuldur. Hər bir həyətdə iribuynuzlu heyvan və qoyun-quzu saxlanılır, təsərrüfatlarda isə kartof becərilir.

Kəndin ətrafındakı yaylaqlarda otlayan qoyun sürüləri görünür. Çobanlar onları havalar soyumazdan öncə düzənlik ərazilərə köçürəcəklər.

Burada yaşayan Rahim Şahverdiyev bildirir ki, qış çox sərt keçir, 40-50 santimetr qar yağır, temperatur isə mənfi 20 dərəcəyədək düşür. Çox vaxt rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilir. Buna görə də kənddə cəmi 4-5 evdə daimi yaşayan var. Bir neçə ailə isə yay aylarında kəndə gəlib təsərrüfatla məşğul olur, havalar soyuyanda isə yenidən rayon mərkəzinə yaxın kəndlərə qayıdır.

“Bizim kənddə ilk ev təxminən 150-170 il əvvəl tikilib. O vaxtlar buralar yaylaq olub. Sadir adlı bir nəfər burada bulağın yaxınlığında özünə ev tikib. Məhz həmin vaxtdan kəndin əsası qoyulub. İndi dövr müasirləşib. Kənddə yaşamaq istəyənlər azalıb. Amma şərait də çətindir. Dağın dibidir. Qış çox sərt keçir. Buralarda ağac bitmir. Ona görə də yanacaq sarıdan da çətinliyimiz var. Ən əsas narahatlıq isə yolla bağlıdır. Bura yaxşı yol olsa, bizim kənd geniş turizm imkanlarına malikdir. Çox gözəl təbiəti var. Dağlara çıxan səyyahların bir çoxu yolunu bizim kənddən salır”, - deyə R.Şahverdiyev bildirir.

Hazırda kənddəki biçənəklərdən ot tədarükünün ən qızğın çağıdır. Burada yağıntısız, isti yay günləri az olur. Sakinlər bütün işlərini təxirə salıb otu vaxtında tədarük etməlidir. Sentyabr ayında isə kartof sahələrindən məhsul yığımı başlayacaq.

Kənddə məktəb, tibb məntəqəsi və başqa sosial obyektlər fəaliyyət göstərmir. Yaşayış məntəqəsi elektrik enerjisi ilə təmin olunur. Mobil telefonlarla da rahat danışmaq mümkündür. Qışda yanacaq kimi daha çox qurudulmuş mal təzəyindən istifadə edilir.

Rəsmi olaraq Yerği Kek kəndində 12 təsərrüfat və 88 nəfər sakin qeydiyyatdadır. Kəndin ərazisi 469 hektardır. Bunun 434 hektarı əkinə yararlıdır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Cəmiyyət
Dünən, 17:40

Xaçmazlılara ŞAD XƏBƏR: bu yol təmir edildi

Cəmiyyət
Dünən, 16:43

Məşhur filmin çəkildiyi dəyirman uçub

Cəmiyyət
Dünən, 15:40

Şabranın kəndinə giriş yolu belədir

İdman
Dünən, 14:40

Qubanı təmsil edəcək "Vətən Naminə"nin Region Liqasındakı rəqibləri bəlli olub

Cəmiyyət
Dünən, 13:40

Xaçmazın asfaltsız yolu, köhnə dirəkləri olan kəndi

Hadisə
Dünən, 12:50

Qubalı alim Maqsud Babayev vəfat edib

Hadisə
Dünən, 12:25

İsmayıllıda da zəlzələ oldu

Hadisə
Dünən, 11:40

Xaçmazda zəlzələ oldu

Cəmiyyət
Dünən, 11:36

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi

Cəmiyyət
Dünən, 11:35

Anar Bayramov səhiyyə naziri təyin edilib

Bütün xəbərlər
Dünən, 11:30

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət
Dünən, 11:20

Zaqatalada itkin düşən 79 yaşlı kişi kameraya düşüb

Hadisə
Dünən, 11:01

Şamaxıda 7 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəmiyyət
Dünən, 10:27

Şimalda güclü külək əsir, yağış gözlənilir

Cəmiyyət
Dünən, 10:00

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Hadisə
Dünən, 09:23

Qusarda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 23-cü günü: XRONİKA

Hadisə
18 oktyabr 2026, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
18 oktyabr 2026, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Oxşar xəbərlər