Qusar şəhərində ev yanıb. Yanğınsöndürənlər tərəfindən 1 nəfərin yanmış meyiti tapılıb. Bu barədə ShimalNews 6 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə dekabrın 5-i axşam saatlarında M.V.Vidadi küçəsində baş verib. Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin aynabəndinin döşəməsi 2 kv.m sahədə yanıb.
FHN-in bölmələrinin aşkar etdiyi 49 yaşlı Arif Qədirovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə yerləşdirilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.