Qusarda həvəskar velosipedçilər arasında yarış təşkil ediləcək. Bu haqda ShimalNews 7 dekabr tarixində məlumat verir.
İdman tədbiri Olimpiya İdman Kompleksinin 15 illik yubileyi münasibətilə keçiriləcək. Velosipedçilər kompleksin ərazisində dövrə vuraraq, qalibi müəyyənləşdirəcəklər. Fərqlənən idmançılar medal və diplomlarla təltif olunacaqlar.
İştirak etmək istəyənlər (050) 244-54-00 və (051) 551-00-54 telefon (whatsapp) nömrələri ilə əlaqə saxlayaraq, qeydiyyatdan keçə bilərlər.