Qusarda qadın yaşadığı evin damından yıxılaraq ağır xəsarət alıb. Bu barədə ShimalNews 7 sentyabr tarixində məlumat verir.
Xəsarət alan təcili tibbi yardım briqadasının köməkliyi ilə bel nahiyəsində sınıqla Qusar Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Sakinlərin sözlərinə görə, xəsarət alan tək yaşayır. Onun evinin damı yağış zamanı su buraxıb. Bunu görən qadın binanın üzərinə qalxıb və həmin an bədbəxt hadisə baş verib.