Qusarda ailədə qətl hadisəsi baş verib. Bu barədə ShimalNews-a 6 sentyabr tarixində məlumat daxil olub.
Bildirilib ki, rayon sakini 27 yaşlı Ellada Əlifxanova yaşadığı evdə ölü tapılıb. O, həyat yoldaşı 37 yaşlı Zedik Əlifxanov tərəfindən döyülərək öldürülüb. Qətldən sonra Zedik könüllü polisə təslim olub.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi iddia olunur. Əvvəllər məhkum olunmuş Zedik yoldaşına qarşı dəfələrlə zorakılıq tətbiq edib.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə göndərilib.
Əldə olunan məlumata görə, Ellada anasız, tək ata tərəfindən böyüdülüb boya-başa çatdırılmışdır. Əlifxanovlar 3 il öncə ailə qurmuşdular və 3 körpə övladları var.
Faktla bağlı araşdırmalar davam etdirilir.