“Sahibkarlığın və biznes bacarıqlarının inkişafı” üzrə təlimdə iştirak edərək qalib gəlmiş qadın avadanlıqlarla təmin edilib. Bu barədə ShimalNews 5 dekabr tarixində Qusar rayonunun Qadın Resurs Mərkəzinə (QRM) istinadən xəbər verir.
“Ailəmin büdcəsinə mənim də qatqım olduğu üçün çox sevinirəm”,- deyə Nigar xanım bildirib.
Hazırda işgüzar xanım “Cücə istehsalı” biznesini uğurla davam etdirir. Yetərincə müştərisi olduğuna görə o, daha böyük uğurlara imza atmaq arzusundadır.