Qusarda istedadlı gənclərin konsert proqramı baş tutacaq. Bu barədə ShimalNews 14 dekabr tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadən məlumat verir.
"SəhnədəSən!" layihəsi çərçivəsində Rikşad Zeynalov, Rağyar Səfərov və Həzrətəli Səfərov müxtəlif musiqilər ifa edərək öz bacarıqlarını nümayiş etdirəcəklər.
Konsert dekabrın 18-i, saat 14:30-da Qusar Heydər Əliyev Mərkəzində keçiriləcək.