Qusarda evə oğurluğa girən şəxs qadını bıçaqlayıb. Bu barədə ShimalNews 11 avqust tarixində Report-a istinadən xəbər verir.
Hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. 26 yaşlı Sonaxanım Bağırova evə girən şəxs tərəfindən bıçaq xəsarəti alıb. Yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.