“Şahdağ” Turizm Mərkəzinə beynəlxalq yarışların keçirilməsi hüququ verilib. Bu haqda ShimalNews 18 yanvar tarixində Azərbaycan Qış İdman Növləri Federasiyasına istinadən məlumat verir.
Qurumun 2023-cü ilin aprel ayında Beynəlxalq Xizək Federasiyasına (FIS) ünvanladığı müraciətə əsasən, “Şahdağ” Turizm Mərkəzində yamacların homologasiya prosesi (yoxlanışdan keçmə) başa çatıb. Nəticədə mərkəzə sertifikat təqdim edilib.
Turizm Mərkəzi dağ xizəyinin slalom, böyük slalom və super G növü üzrə yarışlar keçirə biləcək. Həmçinin həmin turnirlərin FIS-nin təqviminə əlavə edilməsi imkanı yaranır.