Qusarda pomidor sahələrinin birindən 100 ton məhsul yığılıb. Bu barədə ShimalNews 27 avqust tarixində sosial şəbəkədə yayılan məlumata istinadən xəbər verir.
Fermerlər 1.5 hektar ərazisi olan açıq sahədən artıq 4-cü yığımı həyata keçirirlər. Məlumata görə, helə 30-50 ton arası pomidor tədarük olunmalıdır.
Məhsuldarlığın bu səviyyədə olması isə 4 dəfə «Saxalinski» kalium humatının tətbiq olunması ilə əlaqələdirilib.