Qusarda bədbəxt hadisə nəticəsində azyaşlı dünyasını dəyişib. Bu barədə ShimalNews 20 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Laza kəndi ərazisində yerləşən süni göldə azyaşlı uşaq boğularaq ölüb. Əraziyə dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.