Qusar şəhərində “Açıq mikrofon” aksiyası keçiriləcək. Bu barədə ShimalNews 5 dekabr tarixində “Azəriqaz” İB-yə istinadən məlumat verir.
Səyyar qəbul 6 dekabr saat 11:00-da Rəsm Qalereyasının qarşısında baş tutacaq. Vətəndaşlar aksiyanın imkanlarından yararlanaraq öz problem və təkliflərini səsləndirə bilərlər.
Aksiyanın təşkil olunacağı məkan Heydər Əliyev prospektində yerləşir.