Qusar rayonunda "Səyyar qəbul otağı" qurulub. Bu barədə ShimalNews 1 oktyabr tarixində “Azəriqaz” İB-yə istinadən məlumat verir.
"Açıq mikrofon" aksiyası zamanı rayon sakinləri müraciət və təkliflərini səsləndiriblər. Qaldırılan məsələlər arasında Balaqusar kəndinin yeni yaşayış massivinin, Köhnə Xudat və Qələcuk kəndlərinin qazlaşdırılması problemi də olub.
Ünvanlanan müraciətlər Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb və aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.