Qusar rayon Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib. Bu haqda ShimalNews 8 noyabr tarixində GİKM-in Qusar nümayəndəliyinə istinadən məlumat verir.
İlk öncə mərkəzin və GİKM nümayəndəliyinin əməkdaşları 44 günlük Vətən müharibəsində canından keçmiş şəhidlərin əziz xatirəsini yad ediblər. Onlar Şəhidlər xiyabanında olublar.
Rayon rəsmilərinin çıxışı ilə başlayan tədbirin davamında Qusar Dövlət Ləzgi Dram Teatrında tamaşa nümayiş etdirilib. Sonra isə konsert proqramı təşkil olunub.