Qusar rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 29 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Minaxür kəndində, bağ ərazisində 8 ha ərazidə qurumuş fındıq ağacları və 1 ha biçilmiş taxıl sahəsi yanıb.
Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. Digər meyvə bağları yanğından mühafizə olunub, yanğın söndürülüb.