Qusarda azyaşlı qız yanıq xəsarətləri alıb. Bu barədə ShimalNews 22 avqust tarixində Report-a istinadən məlumat verir.
Hadisə Məlikov küçəsində qeydə alınıb. 6 yaşlı Səma Babazadə oyun zamanı həmyaşıdı tərəfindən tonqalın üzərinə itələnərək yıxılıb. Həmin tonqal məişət tullantılarının yandırılmasından əmələ gəlmişdir.
Xəsarət alan azyaşlı Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.