Qusarda yanğın hadisəsi baş verib. Bu barədə ShimalNews 12 avqust tarixində Apa-ya istinadən məlumat verir.
Şirvanlı kənd bələdiyyəsinə aid olan 3 ha biçilmiş taxıl sahəsi və Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 2 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb.
Yanğın əraziyə cəlb olunan FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Meşə zolağı yanğından mühafizə olunub.