Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunda Qusarçayın üzərindən salınmış körpünün bərpa işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, qəzalı vəziyyətə düşmüş 2 aşırımın qurğusunun tirləri demontaj olunaraq yeniləri ilə əvəz edilib. Layihə ardıcıllığına uyğun digər təmir-tikinti işləri aparılıb və sonda yeni asfalt-beton örtük salınıb.
Sözügedən körpü 1972-ci ildə Qubanın Yeni Güləzi kəndi ərazisində inşa olunub. O, Quba-Xudat və SDK yollarını birləşdirir. Turistlər Xaçmazın Nabran kəndinə getmək üçün buradan istifadə edir.